Modern.az

Dünyanın bu əraziləri də koronavirusa qalib gəldi

Dünyanın bu əraziləri də koronavirusa qalib gəldi

Dünya

19 May 2020, 10:55

Dünyanın daha bir neçə ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Fransa Polineziyası (60), Dominika (16), Sen Kits və Nevis Federasiyası (15), Montserrat (11, 1 xəstə vəfat edib), Qrinland (11) və Seyşel Adalarında (11) infeksiyaya yoluxmuş bütün xəstələr sağalıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dövlətləri koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreyada koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür