Modern.az

Azərbaycanda 24 milyondan artıq maska satışa çıxarılıb

Azərbaycanda 24 milyondan artıq maska satışa çıxarılıb

Aktual

22 May 2020, 18:35

Azərbaycanda qapalı yerlərdə tibbi maskalardan istifadə mütləqdir.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib.

 

O bildirib ki, tibbi maskalardan vətəndaşlara açıq havada da istifadəsi tövsiyə olunur:

 

"Fevralın 24-dən bu günə qədər Azərbaycanda 24 milyonadan artıq maska satışa çıxarılıb. Onlardan 18 milyonu satılıb. Hazırda 6 milyon tibbi masla ehtiyatda saxlanılır. Bununla bağlı gün ərzində ölkədə 250 min maska istehsal edilir. May ayının sonuna qədər 10 milyon tibbi maska ehtiyat üçün Azərbaycana gətiriləcək".

Sizə yeni x var
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?