Arxiv
23 May 2020, 11:38 | AKTUAL
Muxtar Babayev: “Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır”

Əyani mərhələnin videomüsahibə turunu da uğurla yekunlaşdıran “Yüksəliş” müsabiqəsi növbəti mərhələlərin hazırlığını davam etdirir. Əlbəttə ki, layihənin məsuliyyətini  üzərinə götürən dövlət və özəl qurumların birgə əməkdaşlığı, peşəkar mütəxəssis və ekspert heyəti sayəsində müsabiqənin gedişatı uğurla tənzimlənir.

Eyni zamanda, ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımların atılması layihənin davamlılığını təmin edir. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır. Bu dəfə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəhbərlərə tövsiyələrini bildirib.

 

Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

Uğurlu idarəçinin əsas keyfiyyətlərindən biri onun idarəetmə cəsarətidir. Problemlərlə üzləşməli, hər şeyi olduğu kimi söyləməli, çətin qərarlar qəbul edən və hərəkətləri üçün məsuliyyət daşıyan bir şəxs olmalıdır. Qloballaşan dünyada uğurlu idarəçi bütün yeniliklərə açıq olmalıdır. İdarəçi yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək lider olmalıdır. Mənəvi cəhətdən qüvvətli, dayanıqlı, ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır. O, komandasının bütün üzvlərinə bərabər yanaşmalı, qarşılıq gözləmədən həvəsləndirməyi bacarmalıdır. Sadə və təvazökar olmalıdır.

 

İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?

Müasir dövrün tələbi informasiyadır və daha çox məlumatlı olmaq, daha çox bilmək deməkdir. Peşəkar idarəçi daima özünü və biliklərini yeniləməlidir. İnformasiyanın dəyərinin düşməməsi o məlumatın təzələnməsindən və daha etibarlı olmasından asılıdır.

İdarəçinin irəlini görə bilmə və planlama qabiliyyətinə sahib olması zəruridir. Bacarıqlı idarəçi öz səhvlərini görməyi və bunu etiraf etməyi də bacarmalıdır. İstənilən idarəçi hər şeyin mükəmməl olmasını istəyir və bunun üçün mübarizə aparır. Əlbəttə, bu yolda səhv etmək ehtimalı istisna deyil. Lakin o, eyni səhvləri bir daha təkrarlamamağa səy göstərməlidir.

 

 

Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

Bu il ölkə gəncliyi üçün bir çox əlamətdar hadisələrlə yadda qalacaqdır. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu sahədə cari ilin müstəsna olacağını deməyə imkan verir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan islahatlar fonunda “Yüksəliş” müsabiqəsinə start verilməsinin xüsusi önəmi vardır. Bu müsabiqə istər dövlət qulluğu, istərsə də özəl sektorda çalışan Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir. Müasir idarəetmə prinsipləri ənənəvi idarəetmə prinsiplərindən müəyyən qədər fərqlənsə də, məqsəd birdir - ölkənin, vətənin inkişafına töhfə vermək! Bir sözlə, “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntilərimiz onların daim yeniliklərə açıq olması, qloballaşan dünya ilə ayaqlaşa bilən müasir baxışlı liderlər kimi yetişmələridir.

“Yüksəliş” müsabiqəsinin iştirakçılarına uğur arzulayıram və əminəm ki, bu müsabiqənin finalçıları Azərbaycanın gələcək inkişaf mərhələlərində yeni uğurlara nail olacaqlar.

 

https://www.youtube.com/watch?v=6Uvy620YsCA&feature=youtu.be

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40