Modern.az

Vatikanda muzeylər turistlərin üzünə açdı

Vatikanda muzeylər turistlərin üzünə açdı

23 May 2020, 14:40

Vatikanda koronavirus pandemiyası ilə əlaqədar bağlanmış muzeylər iyunun 1-dən fəaliyyətini bərpa edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Müqəddəs Taxt-tacın mətbuat xidməti bildirib.

Bundan başqa, Roma papasının Kastel-Qandolfoda yerləşən yay iqamətgahı da turist səfərləri üçün açılacaq.

Səfərlər yalnız əvvəlcədən alınmış biletlərlə mümkün olacaq. Muzeylərdə zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.

Vatikan küçələri ilə ekoavtobuslarda səfərlərin bərpa olunduğu da deyilir.

Qeyd edək ki, Vatikanda muzeylər martın 9-dan etibarən bağlanmışdı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi