Modern.az

İspaniyada futbol çempionatı yenidən başlayır

İspaniyada futbol çempionatı yenidən başlayır

23 May 2020, 18:40

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bərpa ediləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Pedro Sançes bildirib.

"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik vəzifələrə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 İyunda bərpa ediləcək milli futbol çempionatı da var", - nazir deyib.

 

Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu İspaniyanin futbol çempionatındakı fasilədən əvvəl 27 tur oynanılıb. Turnir cədvəlində lider 58 xalla "Barselona"dır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu