Modern.az

Azərbaycanda daha 5 912 nəfər  koronavirus testindən keçdi

Azərbaycanda daha 5 912 nəfər  koronavirus testindən keçdi

23 May 2020, 21:26

Bu gün Azərbaycanda 5 912 koronavirus testi keçirilib.

Modern.az  xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 265 067 test həyata keçirilib.

Reanimasiyada olan xəstə sayı 55, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3 982, virusdan ölənlər 49, sağalan xəstə sayı 2 506, aktiv xəstələrin sayı isə 1 427 nəfərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu