Modern.az

Deputatı başından GÜLLƏLƏDİLƏR

Deputatı başından GÜLLƏLƏDİLƏR

23 May 2020, 21:57

Ukraynada Ali Radanın deputatı qətlə yetirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

 

Məlumata görə, Ali Radanın deputatı Valeri Davidenkonun meyiti paytaxt Kiyevdə aşkarlanıb. Parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib. O, başından aldığı güllə yarasından ölüb.

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Qeyd edək ki, Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, heç bir partiyanın üzvü deyildi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir