Arxiv
23 May 2020, 23:06 | AKTUAL
Bağlanan bankların qorunan əmanətlər üzrə kompensasiyaları nağdsız ödəniləcək

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlərin Sığortalanması Fondundan" Modern.az-a verilən məlumata görə, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.   

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.   

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan  “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zabitimizdən Paşinyana: “Bax, belə oynayarlar” 2 Dekabr 2020, 01:00 İspaniyada azarkeşlər stadionlara buraxılacaq 2 Dekabr 2020, 00:52 “Real”dan acı məğlubiyyət 2 Dekabr 2020, 00:41 Paytaxtda gənc oğlanı maşın vurdu 2 Dekabr 2020, 00:35 Eyfel bu tarixdən ziyarətə açıq olacaq 2 Dekabr 2020, 00:24 Teledərslərin bu günə olan CƏDVƏLİ 2 Dekabr 2020, 00:10 Messi Çempionlar Liqasında daha bir oyunu buraxacaq 2 Dekabr 2020, 00:00 Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı 1 Dekabr 2020, 23:50 İŞİD Əkrəm İmamoğlunu öldürmək istədi 1 Dekabr 2020, 23:37 “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” - 30 yaşlı Şuşa qəhrəmanı   1 Dekabr 2020, 23:32 Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı 1 Dekabr 2020, 23:22 Ceyhun Bayramov qətərli həmkarı ilə danışdı 1 Dekabr 2020, 23:11 Almaniyada dəhşətli hadisə 1 Dekabr 2020, 23:00 Ceyhun Bayramov Çavuşoğlu ilə Laçını müzakirə etdi 1 Dekabr 2020, 22:50 Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı 1 Dekabr 2020, 22:45 Azadlıq meydanı parada hazırlaşır - FOTO 1 Dekabr 2020, 22:35 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 1 Dekabr 2020, 22:24 Laçın yolu və bu yolu açan dəmir yumruq 1 Dekabr 2020, 22:11 Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi” 1 Dekabr 2020, 21:57 “NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib 1 Dekabr 2020, 21:32 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 21:20 Maradonanın psixiatrının evində axtarış aparılır 1 Dekabr 2020, 21:11 İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - FOTO 1 Dekabr 2020, 21:00 Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi 1 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 1 Dekabr 2020, 20:42 Şuşanı azad edənlər bu medalla təltif olunacaqlar 1 Dekabr 2020, 20:29 Stalin haqqında miflər və əfsanələr 1 Dekabr 2020, 20:20 “Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi 1 Dekabr 2020, 20:13 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 1 Dekabr 2020, 20:04 Böyük dövlətlərin koronavirus vaksini YARIŞI 1 Dekabr 2020, 19:38 Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı 1 Dekabr 2020, 19:23 Putinin hərbi bloku Qarabağdakı vəziyyəti müzakirə edib 1 Dekabr 2020, 19:15 Şəhid ailələri və müharibə əlillərinə hansı sosial dəstək göstərilir - SİYAHI     1 Dekabr 2020, 19:08 Azərbaycanda “Vətən müharibəsi iştirakçısı” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 18:54 Almaniyada faciə: 2 ölü, 14 yaralı 1 Dekabr 2020, 18:39
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?