Modern.az

Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb

Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb

24 May 2020, 21:06

Yaponiyada mayın 25-də nəzərdə tutulan təcili vəziyyət rejiminin tamamilə ləğv edilməsi fonunda koronavirus infeksiyasının yeni hallarının sayında artım qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatında bildirilib.

Belə ki, Yaponiya daxilində son sutkada ən azı 42 yeni yoluxma faktı, o cümlədən Tokioda 14 fakt aşkarlanıb. Orada ölkənin digər 5 vilayətində olduğu kimi, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Diamond Princess kruiz gəmisinin sərnişinlərinin və ekipajının dadaxil olduğu yoluxanların ümumi sayı 17 323 nəfərə çatıb.

Sutka ərzində ölənlərin sayı Tokioda 9 nəfər olmaqla 14 nəfər artıb və ümumi sayı 852 nəfər çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı