Modern.az

Türkiyədə daha 32 nəfər koronavirusdan öldü

Türkiyədə daha 32 nəfər koronavirusdan öldü

24 May 2020, 21:31

Türkiyədə son sutka ərzində daha 32 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 340 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 141 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  156 827 nəfərə çatıb. Müalicə olunan 1 092  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  118 694  nəfər koronavirusdan müalicə olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir