Modern.az

İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq

İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq

Aktual

25 May 2020, 16:23

28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

 

Bu barədə Modern.az-a Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

 

Mayın 27-si və 28-i keçiriləcək tədbir Baş Konsulluğun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır