Modern.az

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü

Dünya

27 May 2020, 02:38

ABŞ-da daha 692 nəfər koronavirusdan (COVİD-19) vəfat edib.

 

Modern.az xəbər verir ki, bununla da Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 100 497-yə yüksəlib.

 

Bu saata olan son məlumata əsasən ABŞ-da gün ərzində daha 17 407 nəfərdə COVID-19 aşkarlanıb. Beləliklə ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 723 633-ə çatıb. Onlardan 477 314-ü sağalaraq evə buraxılıb.

 

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci pillədədir.

 

T.İSMAYIL

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi