Modern.az

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Aktual

27 May 2020, 12:44

Gürcüstanda iyunun 1-dən etibarən iri ticarət mərkəzləri, mağazalar və müştəriləri açıq havada yerləşdirmək imkanı olan restoranlar açılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

İyunun 8-dən başlayaraq isə Gürcüstanda bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat işləyəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda mart ayında fövqəladə vəziyyət elan olunub. Mayın 22-də fövqəladə vəziyyət və komendant saatı ləğv edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar