Modern.az

Dörd əsrdən çox yaşı olan konyak 146 min dollara satıldı

Dörd əsrdən çox yaşı olan konyak 146 min dollara satıldı

Aktual

29 May 2020, 17:03

“Sotheby’s”  auksionunda ən qədim fransız konyaklarından biri satılıb. Konyak XVIII əsrdə Böyük Fransa İnqilabından əvvəl istehsal edilib. 258 yaşlı içki çəlləkdən 0,7 litrlik “Gautier” şüşə butulkalara isə 1840-cı ildə doldurulub.

 

Modern.az xəbər verir ki, ekspertlər lotun ilkin qiymətini 98 min-197 min dollar arasında müəyyənləşdirmişdilər. Hərracda iştirak edən alıcı bir şüşə konyaka  118,58 min funt sterlinq (təxminən 146 min dollar ödəyib). Onun kimliyi açıqlanmasa da, onun Asiya sakini olduğu bildirilir.

İçki biliciləri bu içki şüşəsini həm də “Grand Frere” (“Böyük qardaş”) adı ilə də tanıyırlar. Bu silsilədən olan kiçik həcmli butulka “Petite Soeur”  (“Kiçik bacı”), orta həcmli butulka isə “Petit Frere” (“Kiçik qardaş”) adlanır. Belə içkilərdən sonuncusu 2014-cü ildə Nyu-Yorkda hərracda 60 min dollara satılmışdı. 

     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır