Arxiv
29 May 2020, 17:51 | AKTUAL
UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Mayın 29-da UNEC-in təşkilatçılığı ilə universitetin 90 illik yubileyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” təşkil olunub.

 

Modern.az-ın məlumatına görə, konfransın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Paşa Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov çıxış ediblər.

 

Rektor Ədalət Muradov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, milli təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası istiqamətində zəruri addımlar atıldığını, müvafiq dövlət proqramları və strategiyanın qəbul edildiyini bildirib. Sənədlərdə tədrislə yanaşı, elmi tədqiqatların keyfiyyətinin artırılmasının da əsas vəzifə kimi qarşıya qoyulduğunu deyən rektor, UNEC-də bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. Dərəcəsindən asılı olaraq, impakt faktorlu jurnallarda çap olunan məqaləyə görə müəllim, magistr və doktorantlara 4000 manatadək qonorar verildiyini, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə universitetdə 31 elmi tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, UNEC Tədqiqat Fondunun təsis edildiyini diqqətə çatdırıb. Magistrlərin ikinci Beynəlxalq konfransının UNEC-də keçirildiyinin təsadüfi olmadığını vurğulayan Ə.Muradov, ölkədə təhsil alan bütün magistrlərin 22 faizinin,  MBA proqramı üzrə təhsil alan magistrlərin isə 67 faizinin UNEC-in payına düşdüyü qeyd edib. Rektor ölkədə ilk dəfə olaraq beynəlxalq konfrans standartlarına cavab verən rəsmi conferences.az saytının qurulduğunu, dünyanın müxtəlif ölkələrinin magistr və doktorantlarını bir platformada toplayan konfransın beynəlxalq təcrübəyə uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb.

 

Konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov UNEC-in 90 illik yubileyinə həsr olunan magistr və doktorantların beynəlxalq konfransının aktuallığını vurğulayıb. Nazir müavini iqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.

 

“Paşa Holdinq”in Baş İcraçı Direktoru Cəlal Qasımov ölkədə elmi tədqiqatların inkişafına töhfə verən beynəlxalq elmi platformanın yaradılmasını yüksək qiymətləndirib. İqtisadiyyat və idarəetmə ixtisası üzrə dünya magistr və doktorantlarını bir araya gətirən beynəlxalq konfransın ölkəmizin nüfuzu üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Cəlal Qasımov “Paşa Holdinq”in korporativ sosial məsuliyyət siyasəti haqqında məlumat verib.

 

Konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olub. Azərbaycandan Kamal Mirzəyev “Strateji İnsan Resursları Sistemində Təmin Fəaliyyətinin Ölçülməsi və Qiymətləndirilməsi”, ABŞ-dan Sevinc Məmmədova “How Education and Training Affect the Economy”, Türkiyədən Sezgin Uysal “Politik Risk ve Enerji Fiyatları İlişkisi İktisat Tarihinden Doğal Bir Deney” və Rusiyadan Alexander Lyash “Gffektivnoe Upravlenie Denejnımi Sredstvami Na Osnove Finansovıx Texnoloqiy” mövzularında plenar çıxışlarını onlayn olaraq təqdim ediblər.

 

Konfransın açılış mərasimi UNEC-in rəsmi “Facebook” səhifəsi, “Youtube” kanalı və konfransın rəsmi saytından canlı olaraq azərbaycan və ingilis dillərində yayımlanıb.

 

Konfransa təqdim edilən 431 məruzədən 325-i çıxış üçün seçilib, həmçinin konfransın xülasələr kitabı hazırlanıb. Distant formada təşkil olunana beynəlxalq konfransda ümumilikdə dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı 65 bölmədə məruzə ilə çıxış edəcəklər.

 

Mayın 31-dək davam edəcək beynəlxalq konfransın plenar müzakirələri ZOOM proqramı vasitəsi ilə distant olaraq keçiriləcək. Məruzə ilə çıxış edən hər bir iştirakçıya seksiya bitdikdən dərhal sonra məruzəçi sertifikatı online olaraq göndəriləcək. Bundan başqa, seçilmiş keyfiyyətli tədqiqat işləri beynəlxalq ISBN nömrəsi ilə tam mətn məruzələr kitabı formatında online olaraq nəşr olunacaq və konfransın rəsmi internet səhifəsində yerləşdiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” yenə uduzdu 9 İyul 2020, 09:55 Baş Prokurorluq bıçaqlanma hadisəsi barədə məlumat yaydı 9 İyul 2020, 09:51 “AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...   9 İyul 2020, 09:47 Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF 9 İyul 2020, 09:42 “Cənnət bağı” karantin qaydalarını pozdu 9 İyul 2020, 09:37 Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Naqif Həmzəyev: Minsk qrupun həmsədrləri işğalçı Ermənistana təsir göstərməlidir   9 İyul 2020, 08:44 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22