Modern.az

Naxçıvanda komanda-qərargah məşqi keçirilib

Naxçıvanda komanda-qərargah məşqi keçirilib

Aktual

29 May 2020, 21:22

Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib.

Modern.az xəbər verir ki, Naxçıvan bürosuna bildirilib ki, növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazır olmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və resursları nəzərə alınmaqla birləşmə və hissələrin komplektləşdirilməsinin yeni bir modeli üzərində tapşırıqlar dəqiqləşdirilib.

Komanda-qərargah məşqində komandir və qərargahların yaranmış əməliyyat şəraitində qərarqəbuletmə vərdişləri təkmilləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu