Türkiyə Liviyada yeni bir qeyri-müəyyənliyə icazə verməyəcək.
Modern.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin müşaviri Fuad Oqtay deyib.
“Liviya və Aralıq dənizi bölgəsində yeni qeyri-müəyyən vəziyyətin yaranmasına icazə verməyəcəyik”, - deyə Oqtay bildirib.
Qeyd edək ki, Ankaranın Liviyada Fayez Sərracın başçılıq etdiyi Milli Birlik Hökumətinə bağlı qüvvələrin nəzarətində olan Vatiyyə hərbi hava bazasında F-16 döyüş təyyarələri və pilotsuz uçuş aparatları yerləşdirəcəyi barədə məlumat yayılıb.