Modern.az

Bakıda kişini dostu kürəyindən bıçaqladı

Bakıda kişini dostu kürəyindən bıçaqladı

30 May 2020, 00:12

Bu gecə Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.

1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.(Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır