Modern.az

Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR

Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR

30 May 2020, 11:30

İnsan orqanizminə hər gün qida, hava, su ilə bərabər müxtəlif ziyanlı maddələr də daxil olur. Digər tərəfdən ziyanlı maddələr orqanizmin özündə müxtəlif proseslərin nəticəsində əmələ gəlir. Mükəmməl yaradılmış insan orqanizmində bu ziyanlı maddələrdən təmizlənmək üçün bir neçə "təmizləyici" sistem var.

 

Modern.az xəbər verir ki, qaraciyər, böyrəklər, bağırsaqlar, dəri orqanizmi hər dəqiqə ziyanlı maddələrdən təmizləyir. Lakin bəzən orqanizmə düşən və ya burada əmələ gələn ziyanlı maddələrin həcmi o dərəcədə çox olur ki, orqanizm təmizləmə işinin öhdəsindən tam şəkildə gələ bilmir.

 

Bəzi məhsullar orqanizmdən ziyanlı maddələrin çıxarılmasını sürətləndirir:

 

Kələm. Qidalı liflərlə olduqca zəngin olan kələm bağırsaqları əsaslı şəkildə təmizləyir, burada yığılan toksinlər və ağır metalların xaric olunması prosesini sürətləndirir. Bundan əlavə kələmdə nadir U vitamini var ki, bu vitamin ziyanlı maddələri öldürür.

 

Çuğundur bağırsaqlar üçün 1 nömrəli təmizləyicidir. Çuğundur bağırsaqların mikroflorasını yaxşılaşdırır - pis bakterilərlə mübarizə aparır, yaxşı bakterilərin sayının artmasına kömək edir. Digər tərəfdən çuğundurda olan "betain" maddəsi qara ciyərdə təmizləmə prosesləri sürətləndirir.

 

Sarımsaq məşhur iltihab və mikrobəleyhinə vasitədir. Sarımsağın damarları xolesterindən təmizləmək xüsusiyyəti tibbdə çoxdan təsdiq olunub. Həmçinin sarımsaq orqanizmi burada yaşayan və allergiya, immunitetin zəifləməsi və s. problemlər yaradan qurdlardan təmizləyir.

 

Soğan da fitonsidlərlə zəngindir. Bu maddələr bir çox ziyanlı mikrobları və göbələkləri öldürür.

 

Pektin və liflərlə zəngin olan alma bağırsaqları şlaklar və toksinlərdən təmizləyir.

 

Avokado qaraciyəri çox yaxşı təmizləyir, onun funksiyasını yaxşılaşdırır, orqanizmi artıq xolesterindən azad edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...