Modern.az

Prezident ötən il üçün gəlirlərini açıqladı

Prezident ötən il üçün gəlirlərini açıqladı

Aktual

30 May 2020, 21:03

Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvləri 2019-cu il ərzində 1 milyon ABŞ dollarından çox qazanıb.

Modern.az  xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti bildirib.

Bildirilib ki, ötən il Zelenski ailəsi ölkə büdcəsinə 3,6 milyon qrivna vergi ödəyib: "Bəyannaməyə əsasən 2019-cu il dövlət başçısının və ailəsinin gəlirləri 28 602 468 qrivna (təxminən 1,06 milyon ABŞ dolları) təşkil edib. Dövlət başçısının 2019-cu ilin may-dekabr ayları üzrə maaşının məbləği 208 787 qrivna (demək olar ki, 7,8 min ABŞ dolları) təşkil edib".

Zelenski daha əvvəl bildirib ki, prezident vəzifəsi onun məsuliyyəti və insanların həyatını yaxşılaşdırmağa kömək etmək imkanı ilə xoşuna gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu