Modern.az

Cənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı

Cənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı

31 May 2020, 13:46

Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində Cənubi Koreya vətəndaşının meyiti aşkarlanıb.

 

Modern.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Armavir vilayəti üzrə idarəsi hadisə ilə bağlı cinayət işi başlayıb.

 

Bildirilib ki, Cənubi Koreya vətəndaşı, 50 yaşlı Konq Canq Xon “Armavir” cəzaçəkmə müəssisindəki kameralardan birində asılmış vəziyyətdə aşkarlanıb. Onun özünü asdığı ehtimal edilir.

 

Məlumata görə, Konq Canq Xon ölkəsində dələduzluqda ittiham olunurmuş. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir