Modern.az

Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker

Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker

31 May 2020, 16:00

"Karantin rejiminin yumşaldılması cəmiyyətdə müsbət qarşılansa, da məsuliyyətsiz vətəndaşlara görə yoluxma sayı artmaqdadır”.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.  

 

Deputat Fazil Mustafa isə qeyd edib ki, cərimənin tətbiqini məhkəmənin üzərinə qoymaq doğru deyil:

 

“Bu, keçici prosesdir. Keçici prosesdə insanları intizama cəlb etmək üçün bu layihə hazırlanıb. Burada vəzifəli şəxslərin məsuliyyəti layihədən çıxarılmalıdır, yalnız fiziki şəxslər məsuliyyət daşımalıdır. Vəzifəli və hüquqi şəxslərin məsuliyyətə cəlb edillməsi vəziyyəti mürəkkəbləşdirəcək. Digər tərəfdən, mərhələli şəkildə cərimə tətbiqini də doğru hesab etmirəm. Maska taxmayan şəxslər 50 manat cərimələnsin. Bu heç də az məbləğ deyil. Təkcə maska məsələsi ilə vəziyyət normallaşmayacaq. Biz maarifçilik məsələsində geri qalırıq. Digər tərəfdən, toyların keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Konkret vaxt, tarix qoyulmalıdır. Çıxış yolunu müəyyən etmək lazımdır. Konkret vaxt ərzində, məhdud sayda insanların iştirakı ilə bu tədbirlər keçirilməlidir. Naxçıvana gediş-gəlişlə bağlı məsələni də tezləşdirmək lazımdır. Problemi nə qədər görməzdən gəliriksə, daha çox şişir. Ona görə də problemləri həllinə çalışmaq lazımdır. Yəni, müvafiq icra orqanları bu halı müəyyən edəndə elə oradaca cəriməni tətbiq etməlidir”.    

 

 

Deputat Razi Nurullayevin koronavirusla bağlı fikirləri fərqli olub. O, bu gün vətəndaşların koronavirusun qlobal oyun olduğunu düşündüyünü bildirib:  

 

"Xəstələr bütün dünyada sanki gizlədilir. Buna görə də vətəndaşlar daha çox şayiələrə inanır, rəsmi məlumatlara etibar etmir. Bu gün təbliğat düzgün getmir. İndi deyirlər ikinci dalğa payızda olacaq. Hər şey sirr pərdəsi ilə örtülüb. Sirr pərdəsi götürülməsə, inam da olmayacaq".  

 

Spiker Sahibə Qafarova Razı Nurullayevə cavab olaraq bildirib ki, koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur, bütün proses şəffaf aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır