Modern.az

Elman Nəsirov sosial şəbəkələrlə bağlı ölçü götürülməsini istədi

Elman Nəsirov sosial şəbəkələrlə bağlı ölçü götürülməsini istədi

Aktual

1 İyun 2020, 11:35

“Bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Elman Nəsirov deyib. O bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur:

 

“Sabah onları hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir