Modern.az

Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var

Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var

1 İyun 2020, 20:38

Ermənistanda koronavirusa yoluxma halının təsdiqləndiyi təxminən 500 nəfər ağır və ya çox ağır vəziyyətdədir.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan brifinq zamanı bildirib.

“Hazırda 440 vətəndaşımız ağır, 55 nəfər isə çox ağır vəziyyətdədir. 16 xəstə süni tənəffüs aparatına qoşulub. Həkimlər hələ ki ağır və çox ağır vəziyyətdə olan xəstələrin sayını azaltmağa müvəffəq ola bilməyiblər.”,- deyə nazir bildirib.


Qeyd edək ki, Ermənistanda ümumilikdə 9492 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib, 3402 nəfər sağalıb, 139 nəfər isə ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır