Modern.az

Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

1 İyun 2020, 23:52

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 1-ə olan statistikanı açıqlayıb.

Modern.az  xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 285 test edildiyi bildirilib.

Məlumata görə, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı indiyədək 302 933 test aparılıb.

Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

 

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?