Modern.az

Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR

Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR

2 İyun 2020, 13:10

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin spikeri Sahibə Qafarovanın fəaliyyətindən razılıqlarını dilə gəririblər. 

 

Modern.az xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Sahibə Qafarovaya Milli Məclisdəki yeniliklərə görə təşəkkürünü bildirib:

 

“Biz müxalifəti təmsil ediriksə, əsasən müxalif fikirlər səsləndirməliyik. Bununla belə, təqdir olunası işləri də qeyd etməliyik. Əvvəllər parlamentdə komitə sədrlərinin inhisarçılığı hiss olunurdu. İndi isə adi komitə üzvü də qanun layihələrini təqdim edir. Bu, çox müsbət haldır”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də Fazil Mustafanın fikirlərini dəstəklədiyini bildirib. O, seçicilərin problemlərini qaldırmaq üçün deputatlara çıxış imkanı yaratdığına görə Sahibə Qafarovaya təşəkkür edib. “Əgər bu, belə davam edəcəksə, insanlar öz problemlərindən danışılması üçün başqa auditroiya aparmayacaqlar” - deyən Q.Həsənquliyev həmçinin təklif edib ki, Milli Məclisin öz televiziya kanalı olsun və iclaslar canlı yayımlansın: 

 

“İnsanlar görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər".

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir