Modern.az

Ədliyyə Nazirliyi 5 ayda 48 min doğumu qeydə alıb

Ədliyyə Nazirliyi 5 ayda 48 min doğumu qeydə alıb

2 İyun 2020, 15:13

Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans formatında görüş keçirilib.

 

Tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNİCEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər. Görüşdə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı qorunması üzrə ölkəmizdə görülən tədbirlər, bu sahədə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin, UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 5 ayı ərzində 48 minə yaxın doğum dövlət qeydiyyatına alınıb:

 

“O cümlədən qeydiyyatdan kənarda qalmış uşaqlar müəyyən olunaraq, onlara və səyyar qaydada tibb müəssisələrində ümumilikdə 700-ə yaxın doğum haqqında şəhadətnamə verilib. Bununla yanaşı, ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi kateqoriyaya aid uşaqlara sosial xidmətlərin göstərilməsi, onların reabilitasiyası, yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yuvenal ədliyyə sahəsində hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin, vəkillərin təlimi, bu məqsədlə Ədliyyə Akademiyasında treninqlərin təşkili, müxtəlif regionlarda uşaqlar, onların ailə üzvləri üçün hüquqi yardım xidmətlərinin göstərilməsi, vətəndaş cəmiyyəti institutları ilə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi və s. ilə bağlı geniş fikir mübadiləsi aparılıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?