Modern.az

Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ

Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ

Aktual

2 İyun 2020, 19:39

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarında daha 8 nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, gün ərzində ümumilikdə, 11 nəfərdə COVID-19 virusu aşkar olunub. Kəlbəcərdə məskunlaşmış 8 şəxsin COVİD-19 testi müsbət çıxıb. Hazırda onlar, izolyasiya olunublar.

Ümumilikdə, Qarabağ erməniləri arasında 54 yoluxma faktı təsdiqlənib. Yoluxanlardan 26-sı sağalıb. Laçın, Kəlbəcər və Xankəndində yaşayan 100 erməni isə karantinə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir