Modern.az

Türkiyədə 130 min insan koronavirusdan sağaldı

Türkiyədə 130 min insan koronavirusdan sağaldı

2 İyun 2020, 21:08

Türkiyədə son sutka ərzində daha 22 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 585 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 32 325  nəfərdən 786-nın cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  165 555  nəfərə çatıb. Müalicə olunan 974  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  129 921 nəfər koronavirusdan müalicə olunub".

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı