Arxiv
2 İyun 2020, 22:59 | AKTUAL
Azərbaycan iqtisadiyyatında müsbət artım var

"Son aylar həm Dövlət Gömrük Komitəsi, həm də Dövlət Vergi Xidməti öz proqnozlarını artıqlaması ilə yerinə yetirib. I rübdə neftin orta çəkili qiymətinin yüksək olduğu üçün, bu qurumlarda bəzi artıq ehtiyatlar yaranıb. Yəni həmin qurumlar proqnozdan artıq vəsait toplayıb, büdcəyə köçürüblər. Belə hallar müsbət olsa da, nəzərə almalıyıq ki, pandemiya dünya iqtisadiyyatına çox böyük zərbələr vurub və iqtisadi fəallığı zəiflədib, dünya miqyasında istehlak daralıb və bir çox sahələr ümumiyyətlə iflic olub. Bunun nəticəsi olaraq beynəlxalq qurumlar tərəfindən müəyyən təhlillər aparılır".

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında hələlik müsbət artım var: "Belə ki, ilk 5 ayda dövlət büdcəsində 500 milyon manatlıq profisit yaranıb. Buraya Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri daxil deyil. Bu bizim üçün kifayət qədər yaxşı yastıq yaradır. Prinsip etibarı ilə bütün sosial xərclərimiz və sair hamısı icra olunub. Ölkə başçısının tapşırığına əsasən bir sıra xərclərə yenidən baxmışıq, yəni prioritetlər üzrə bu xərclərin təyinatını dəyişdirmişik.

Əsas xərclər səhiyyə sahəsinə yönəldilib ki, bu da başa düşüləndir. Hazırda bu sahədə dövlət tərəfindən böyük addımlar atılır. Belə ki, karantin rejimin həyata keçirilməsi, həkimlərin bu məsələlərə hazırlanması, xəstələrin müalicəsi, müvafiq dərmanların, ləvazimatların alınması, o cümlədən karantinə camaatın yerləşdirilməsi və onların karantində saxlanılması xərc tələb edir. Bu xərclər heç şübhəsiz dövlət büdcəsində nəzərə alınmamışdı. Amma xərclərin prioritetliyinə yenidən baxaraq biz bu xərclərin maliyyə təminatını artıq təmin etmişik.

Digər tərəfdən ölkə Prezidentinin imzaladığı sərəncama əsasən 1 milyard manat məbləğində vəsait pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirin aradan qaldırılmasına yönəldilib. O cümlədən, bu yaxınlarda 533 milyon manat vəsait iqtisadiyyatın müxtəlif sektorlarına verilib. Bu vəsaitlər ilk növbədə kiçik, orta və mikro sahibkarlara təmənnasız yardıma yönəldilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də yardımların həyata keçirilməsi üçün müəyyən vəsait köçürülüb".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00