Arxiv
3 İyun 2020, 12:54 | AKTUAL
Azərbaycanlı fermerlər 5 milyon manatdan çox güzəştli mikro kredit alıb

Bu il mayın 23-dən iyunun 1-nə qədər Azərbaycanda 512 fermerə 5,2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. 

 

Modern.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu vəsaitin 4,5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

 

Mikrokreditlər Prezident İlham Əliyevin 8 aprel 2020-ci il tarixli, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklər edilməsi, “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamları əsasında verilir. Sərəncamlara əsasən, AKİA-ya 30 milyon manat vəsait ayrılır və aqrar sahədə mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradılıb, portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan “PAŞA Holdinq” MMC 5 milyon manat vəsait əlavə edib.

 

“Ötən ay yarım ərzində 512 fermerə 5,2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3 500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-nə qədər 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb.

 

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manata qədər, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilə qədər müddətdə verilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18 Dolların məzənnəsi sabit qaldı 14 İyul 2020, 18:12 "Azərbaycanın yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri 14 İyul 2020, 18:06