Modern.az

“Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa YOLUXDU   

“Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa YOLUXDU   

3 İyun 2020, 14:30

Son 3 sutka ərzində aparılan testlərin nəticəsinə görə 4 dənizçinin analizi pozitiv olub.

 

Modern.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

 

Onun sözlərinə görə, həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər.



Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirus (COVID-19) xəsətliyinə qarşı analizdən keçirlər.

 

Xatırladım ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür. Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazırlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında həyata keçirirlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir