Arxiv
3 İyun 2020, 17:44 | AKTUAL
DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin Sabunçuda törədilmiş qətllə bağlı birgə məlumatında deyilir. 

 

"Xəbər verildiyi kimi, iyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Aparılmış istintaqla Kürdəxanı qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Fuad Yusifli və 1992-ci il təvəllüdlü Sadiq Cəlalovun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək iyunun 1-də saat 04 radələrində mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə (skotçla) bağlamaqda onu öldürmələrinə, daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.

 

Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf etmiş, onlardan hadisə zamanı mağazadan götürdükləri vəsaitin 50 min 492 manatı həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

 

F.Yusifli və S.Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

 

Qeyd edilib ki, hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00