Arxiv
3 İyun 2020, 18:21 | AKTUAL
UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub

UNEC-in Elmi Şurasının qərarına əsasən, əyani təhsil alan tələbələrdə test suallarının sayı 700-dən 350-yə, qiyabidə isə 500-dən 300-ə qədər endirilib. Testlər imtahanlara bir həftə qalmış tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, tələbələrin əvvəlki dövrlərdə də qazandıqları ACCA sertifikatı yaz imtahan sessiyası zamanı nəzərdə tutulmuş imtahanlarda qəbul ediləcək.

 

Coursera of Campus kurslarında 5415 sertifikat qazanan 1761 tələbə müvafiq fənlərin imtahanlarlndan azad olunacaq. Sertifikatlardakı mənimsəmə faizi həmin fənn üzrə tələbənin yekun qiyməti kimi qəbul ediləcək.

Buraxılış kurslarının bütün tələbələrinin təcrübəsi 100 balla qiymətləndiriləcək.

 

Yeni güzəştlərə əsasən, normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrə (əvvəlki tədris ilindən qalmış akademik borclara görə) iki əlavə fəndən imtahan vermək hüququ tanınacaq.

ÜOMG ilə razılaşmayan tələbələr nəticələrini yüksəltmək üçün ərizə ilə müraciət edərək imtahanlarda iştirak edəcəklər.

Bakalavrların buraxılış işləri plagiatdan keçirilməyəcək, magistrlərdə isə dissertasiya işləri yüngülləşdirmə hədləri nəzərə alınaraq plagiatdan keçiriləcək.

Buraxılış kurslarının tələbələrinin təkrar imtahanlarının verilmə müddəti önə çəkiləcək.

Təqaüd uğrunda mübarizəni nəzərə alaraq, ÜOMG hesablanan zaman, yuvarlaqlaşdırılmaya yol verilməyəcək və ÜOMG vergüldən sonra 4 rəqəmə qədər olan nəticəyə əsasən hesablanacaq.

 

Magistrlərin böyük əksəriyyətinin əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq, imtahan cədvəlləri onların iş rejiminə uyğunlaşdırılacaq və həftənin şənbə günü də imtahanlar təşkil olunacaq. Magistrlərin “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nda qəbul edilmiş xülasələri elmi məqalə kimi qəbul ediləcək.  Eləcə də pandemiya dövrünə düşən hesabatı təqdim etməmiş magistrlərin minimum qiymətləndirmə ilə müdafiəyə buraxılmasına icazə veriləcək.

Kompüter problemi olan tələbələrin imtahanları ənənəvi qaydada universitetdə avqust-sentyabr aylarında təşkil olunacaq.

İnternet problemi olan tələbələrin isə aylıq 5GB həcmində internet xərci universitet tərəfindən tələbələrin smart kartlarına ödəniləcək.

 

Xatırladaq ki, UNEC-də yaz imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib. Qaydalara əsasən, Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrlərə 3 seçim imkanı verilir: bütün imtahanlar distant formada keçirilir; təhsilalanların müraciətləri əsasında avqust-sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir; növbəti tədris ilində ödənişsiz olaraq fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və imtahan vermək imkanı yaradılır. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00