Modern.az

Sumqayıt Xəstəxanası da koronaviruslu xəstələr üçün AYRILDI

Sumqayıt Xəstəxanası da koronaviruslu xəstələr üçün AYRILDI

3 İyun 2020, 19:20

"Vətəndaşlarımız pandemiyanın birinci mərhələsində nümayiş etdirdikləri həmrəyliyi davam etdirmir. Sərt karantin rejimindən çıxdıqdan sonra sərbəstliyin acı nəticəsilə qarşı-qarşıyayıq".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

O deyib ki, Bakı Metropoliteni ərazisində xidmət göstərən polislərə olan münasibət yolverilməzdir: 

 

"Fəvvarələr meydanındakı görüntülər də, bizdə təəssüf doğurur. Sərt karantin rejiminin ilk günündən bizimlə çiyin-çiyinə olan polislərə bu münasibəti pisləyirik".

 

R.Bayramlı qeyd edib ki, bu gündən Sumqayıt Xəstəxanası da koronaviruslu xəstələr üçün ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi