Modern.az

Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır

Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır

3 İyun 2020, 19:32

Həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, vətəndaşlar nəzərə almalıdır ki, cümə günündən etibarən bütün mağazalar tam qapadılacaq:

 

"Apteklərin növbəli işləməsi müzakirə edilir".

 

R.Bayramlı həmçinin mağaza sahiblərinə müraciət edərək, iş saatının nisbətən uzadılmasını xahiş edib.

 

O deyib ki, həftə sonları sırf zəruri, həyati məsələlərlə bağlı SMS-lə çıxmağa icazə veriləcək:

 

"Şəxsi nəqliyyatdan istifadə də tam məhdudlaşdırılacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır