Arxiv
13 Yanvar 2010, 09:23 | PARLAMENT
Xanım deputatlarımız Rumıniyada səfərdədilər (fotosessiya)

Azərbaycanın millət vəkilləri Gövhər Baxşəliyeva, Gültəkin Hacıbəyli və Məlahət İbrahimqızı Rumıniyada səfərdədir. Rumıniya-Turkiyə İş Qadınları Dərnəyinin başqanı Birgül Şənyuva və rumın parlamentarilərin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində xanım millət vəkillərimiz əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət ediblər. Bu barədə Modern.az-a deputatlar xəbər veriblər.
Millət vəkilləri Mustafa Kamal Atatürkün Buxarestdəki abidəsi önünə gələrək öz hörmət və ehtiramlarını bildiriblər. Azərbaycanlı deputatlar daha sonra Rumıniya parlamentində Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri George David başda olmaqla rumın parlamentarilərlə görüşüblər. Xanım millət vəkillərini Rumıniya Senatının beynəlxalq əlaqələr komissiyasının sədri Tutus Korleteanu və Rumıniyanın Deputatlar palatasinin xarici əlaqələr komissiyasının sədr əvəzi Rodjin Marius da qəbul edib.
Milli Məclisin üzvləri ilə Rumıniya parlamentinin Deputatlar palatasının vitse-spikeri İoan Oltyanu arasında keçirilən görüşdə isə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə millət vəkili Gövhər Baxşəliyevaya Rumıniya parlamentinin fəxri medalı təqdim olunub.
Səfər çərçivəsində millət vəkilləri ölkəmizin Rumıniyadakı səfirliyində, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasında da olublar. Xanım parlamentarilərimiz Rumıniyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan tələbələr, Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnsitutunun direktoru Tahsin Cəmillə də görüşüblər.
Azərbaycanlı millət vəkillərinin Rumıniyaya səfəri yanvarın 14-də başa çatacaq.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən 28 may paylaşımı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq" 27 May 2020, 18:55 Xaçmazda həmyerlisini yandıran şəxs qarşı cinayət işi AÇILDI 27 May 2020, 18:32 Bu tarixdən 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq 27 May 2020, 18:06 Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! 27 May 2020, 18:02 Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə 27 May 2020, 17:55 28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 27 May 2020, 17:46 Vladimir Zelenski İlham Əliyevə zəng edib 27 May 2020, 17:39 13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib 27 May 2020, 17:22 Ədliyyə Nazirliyi: “Son 5 ildə 143 nəfər Azərbaycana ekstradisiya olunub” 27 May 2020, 17:14 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 27 May 2020, 16:59 Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq 27 May 2020, 16:50 Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI 27 May 2020, 16:35 Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 27 May 2020, 16:23 Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib 27 May 2020, 16:16 Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40