Modern.az

Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO

Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO

Aktual

3 İyun 2020, 21:45

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bu gün Saatlı rayonunda karantin rejiminin müvafiq tələbləri çərçivəsində, sosial məsafə gözlənilərək, qoruyucu maskadan istifadə etməklə bir qrup seçiciləri qəbul edib.

 

Modern.az xəbər verir ki, Saatlı rayonu Heydər Əliyev mərkəzində keçirilən qəbulda  iştirak edən seçicilər  qeyd ediblər ki, Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub, mütəmadi olaraq seçicilərin problemləri ilə maraqlanıb və insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib.

 

Qəbula gələnlər vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan insanların müayinə və müalicə olunmasında onlara yardım edib və çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatını təşkil edib.  Bununla yanaşı, qəbula gələn seçicilər onları narahat edən müxtəlif məsələlərin həlli üçün deputatlarına müraciət ediblər. Qəbulda əsasən müxtəlif xəstəliklərin müalicəsi, məşğulluq, mənzil problemi, həmçinin bir sıra digər sosial və hüquqi məsələlərin həllində kömək istəyiblər.  

 

Əhliman Əmiraslanov qəbula gələn vətəndaşların müraciət və təkliflərini dinləyərək, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib. Qəbulda qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərlə sıx məşğul olduğunu və müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb.


Qəbulda Saatlı rayon İcra başçısınin müavini Reyhan Ocaqova və YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də iştirak etmişdir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi