Modern.az

Alimlər böyrək yetişdirdilər - yeni kəş

Alimlər böyrək yetişdirdilər - yeni kəş

4 İyun 2020, 08:34

ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar.

 

Modern.az xəbər verir ki, böyrəyin mühüm elementi olan böyrək yumaqcıqları insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib. Əldə olunan element üzərində təcrübə aparılan siçanların dərisi altına yeridilib.

 

Üç aydan sonra məlum olub ki, gəmiricilərin dərisi altında nefron-struktur-funksional böyrək vahidləri formalaşıb. Yeni strukturlar əsasən insan böyrəkləri üçün mühüm olan elementlərdən, o cümlədən proksimal kanalcıqlardan, distal kanalcıqlardan, "Boumen" kapsulundan və "Henle" ilgəyindən ibarət olub.

 

Bundan əlavə, siçanlarda yeni strukturları qidalandıran kapillyarlar formalaşıb. Strukturlar adi böyrəklər kimi qanı süzərək sidik ifraz edib. Doğrudur, kiçik böyrəklərin böyük arteriyası olmayıb. Belə ki, bunsuz onlar uzun müddət fəaliyyət göstərə bilməz. Buna baxmayaraq, görülmüş iş yeni orqanların yetişdirilməsi istiqamətində atılan böyük addım sayıla bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü