Modern.az

Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO

Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO

4 İyun 2020, 15:25

Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəmkirdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilən qəlyan avadanlıqlarından istifadə müəyyən olunub. 

 

Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri aşkarlanıb. Obyektdə olan beş nəfər saxlanılaraq, RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub. Onlar müvafiq qaydada ciddi cərimə ediliblər. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir