Modern.az

Beynəlxalq uçuşlar nə vaxt bərpa olunacaq? - Operativ Qərargahdan AÇIQLAMA

Beynəlxalq uçuşlar nə vaxt bərpa olunacaq? - Operativ Qərargahdan AÇIQLAMA

4 İyun 2020, 18:00

"Yaxın günlərdə daxili uçuşların bərpa edilməsi gündəmdədir".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, bununla bağlı hava nəqliyyatını tənzimləyən metodiki göstərişlər hazırlanıb və təqdim olunub:

 

"Daxili uçuşlarda gəliş və gedişlərdə laborator analizlərin keçirilməsi məsələləri də daxil edilib. Bəzi müzakirəsi tamamlanmayan məsələlər qalıb. Bunlara da tez bir zamanda aydınlıq gətiriləcək".

 

Beynəlxalq uçuşların bərpasına gəldikdə, o deyib ki, xarici hava nəqliyyatı qurumları bu barədə məlumat açıqlayıblar:

"Ölkəmizdə bununla bağlı müzakirələr gedir və biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...