Arxiv
5 İyun 2020, 15:10 | ƏDƏBİYYAT
Narıncı yarış maşını - Vahid Qazi

İlk oyuncaq ilk sevgi kimidir – unudulmur. Xatırlayırsınızmı ilk oyuncağınızı? Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb.

Uşaqlar ilk səmimi söhbətlərini oyuncaqları ilə edirlər. Hətta anaya belə deyə bilmədiklərini onunla bölüşürlər. Dediyim şübhəli gəldisə, ilk oyuncağınızı yada salın!

***

Sovet dönəmində kəndlərdə qarışıq mallar mağazası olurdu. Yəni ərzaq, sənaye, trikotaj malları bir yerdə satılırdı. Özünəməxsus xoş qoxusu olardı bu mağazaların.

Dayım şəhərə bitişik Seyidli kəndinin dükanında işləyirdi. Hər kəndə gələndə ora dönüb nəsə alar, yaxud salam verib keçərdik.

Bir gün yenə anamla kəndə getmişdik. Qohumların hansınınsa evində paltarbiçdiydi. Qız toyu. Tək qadınlar olduğundan paltarbiçdilərdən xoşum gəlməzdi. Yəqin bunu bildiyindən anam məni dayımın yanında qoyub toya getdi.

Az qala əlli il keçib, amma elə bil dünən idi. Deyərsən bəs üstündən yel də əsməyib, il də ötməyib o xatirənin.

 

Həmin gün günüm oyuncaqlar olan bölmədə keçdi. Hərdən konfet yeşikləri düzülmüş rəflərə tərəfə gedir, ayağımın ucunda qalxıb əl havasına konfet seçirdim. Boyum çatmırdı, əlimi sürtməklə konfetləri bir-birindən ayırd edə bilirdim. Onda sümürməli “Barbaris”i, bir də üstündə ayı şəkli olan şokoladı xoşlayırdım.

Sən demə, dayımın bir gözü məndəymiş. Elədiklərimə göz qoyurmuş. “Nə danışırdın onlarla?” deyə soruşanda bilmişdim. Sonralar söyləyirdi ki, mənim oyuncaqlarla söhbətimə qulaq asıb ləzzət alırmış.

Axşama doğru anam məni götürməyə gəldi. Biz çıxanda dayım narıncı rəngli yarış maşınına ip bağlayıb mənə verdi. “Sür, sənindir” deyib üstündə “5” yazılmış maşını mənə bağışladı. Çıxanda cibimi “Barbaris”lə, “Mişka kosolapiy”la doldurdu.

Uzunsov plastmas yarış maşını nənəmgilin kəndindən şəhərəcən çəkib sürə-sürə gətirdim. …Sonra başqa oyuncaqlarım da oldu. Ağdamda üçmərtəbəli univermaq tikiləndə onun oyuncaq bölməsindən çox oyuncaqlar aldı anam mənə. Tapança, avtomat, cürbəcür maşın, ev konstruksiyaları, pazllar. Onların heç birinin ömrü ilk maşınım kimi uzun olmadı.

O maşını bağçaya da aparırdım, uşaqlara da göstərirdim. Onunla dostyana söhbət edirdim. Xəyal qurub uzaq səfərlərə çıxırdıq. Bağçamızın ən qəşəng qızını da özümlə götürürdüm. Onsuz xəyalmı olardı!

Maşınım da mənimlə danışırdı. Nə dediyini anlayır, duyurdum. Bir dəfə yağışlı gündə onu palçıqda, bir dəfə də şaxtalı qış gecəsi çöldə qoymuşdum. Bunlar mənə günah hissini yaşadan ilk hallar oldu. Özümü etibarsız dost kimi hiss etmişdim.

Sonra onu bir də özümdən uzaq qoymadım. Gecələr çarpayımın altında, gündüzlər gözümün qabağında oldu. Təkərləri itəndə belə ondan əl çəkmədim. Hovuzumuzu doldurub onu qayıq kimi də üzdürdüm, həyətimizin o başınacan axan arxımızda gəmi kimi də sürdüm.

Böyüyüb yekə oğlan olanda da atmadım onu. Fərq etməz, canlı, ya cansız – əziz olan heç nəyimi atmamışam. Evimizin zirzəmisindəcə dururdu.

Şəhərimiz işğal olunanacan…

***

Huşum oyuncağıma getdi, səki dayımdan danışıram sizə!

O ilk cansız sirdaşımı – oyunacağımı mənə bağışlayan dayımın 70 yaşı tamam olur. İndi anlayıram ki, cansız sirdaşı mənə hədiyyə verən Rafael dayım elə özü mənim ilk sirdaşım, dostum olub. Ağdamın Köhnə Hamam məhəlləsindən Seyidli kəndinin Molla məhəlləsinəcən yol boyu boynundan düşmədiyim adamı deyirəm.

Onun çiyinlərindən görünən çəpərlərin o üzündəki həyətlər başqa dünyalarmış kimi qəribə gəlirdi mənə. O ucalıqda həyat özü rahat idi, küçəyə uzanan budaqlardakı gilənarı, almanı, alçanı dərəcək qədər asan idi, əlçatan idi.

 

Bir dəfə də mənə “yoruldum, düş” demədi.

Kənddə qalanda gecələr nənəmlə yatırdım. Səhər obaşdan duran kimi yan otağa yüyürür, dayımın üstünə atılır, yorğanı çəkir, oyadırdım. Onda da mənə acıqlanmazdı. “Get, yuxumun dalına baxım, gəlirəm çay içək” deyərdi. Mən də ustufca çıxardım. Bəzən onun “kinosu” uzanardı, onda yenidən otağına hücum çəkərdim. Bu dəfə təslim olardı.

Mənimlə uşaq kimi yox, həmişə böyük oğlanammış kimi söhbət edirdi. Ona görə də hətta anama, atama deyə bilmədiklərimi ona deyirdim. Ömrümün ən qayğısız xoşbəxt anlarının tək şahidi yox, həm də bu gün titrək kəpənək qanadlı xatirəyə çevrilən o anlarını yaradan sirdaşımdır o.

Gözləyirəm hava açılsın, elə yatağındaca haqlayım onu, zəng edib “70 yaşın mübarək, mənim ilk sirdaşım” deyim.

Yəqin narıncı yarış maşınımı unudub, indi narıncı xatirəyə çevrilən o cansız sirdaşım üçünsə ayrıca sağ ol deyəcəm…


Vahid Qazi

İyun 2020

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Porye Makqreqoru nokauta saldı 24 Yanvar 2021, 14:29 İşğaldan sonra Kəlbəcərin Comərd kəndi - VİDEO 24 Yanvar 2021, 14:19 Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət aldı 24 Yanvar 2021, 14:10 Türkiyəli nazir: "Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabondadır"   24 Yanvar 2021, 14:05 Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək 24 Yanvar 2021, 13:50 Zərdüşt Əlizadə: "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." 24 Yanvar 2021, 13:44 Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarıldı 24 Yanvar 2021, 13:35 İrəvan qarışdı: "Satqın Nikol, istefa!" 24 Yanvar 2021, 13:28 İbrahimoviç "Atalanta"nın hücumçusu ilə münaqişəyə girdi 24 Yanvar 2021, 13:23 Düşmən daha 72 itkisini açıqladı 24 Yanvar 2021, 13:20 Lənkəranda itkin düşmüş yeniyetmə tapıldı 24 Yanvar 2021, 13:09 Yunis Hüseynov istefa verdi 24 Yanvar 2021, 12:59 Nazir 10 şagirdin ölümündən, 60 məktəbin dağıdılmasından yazdı 24 Yanvar 2021, 12:51 Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu 24 Yanvar 2021, 12:46 Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı 24 Yanvar 2021, 12:36 Ermənistanda virusdan ölənlərin sayı üç mini ötdü   24 Yanvar 2021, 12:29 İstixana sahiblərinə qazdan istifadəyə görə güzəşt tətbiq olunacaq 24 Yanvar 2021, 12:18 Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21