Modern.az

Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ

Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ

Aktual

5 İyun 2020, 19:20

Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları - Ceydon Sanço və Manuel Akancini cərimələyib.

 

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.

 

Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

 

Qeyd edək ki, daha əvvəl "Bild" nəşri "Borussiya"nın 6 futbolçusunun karantin qaydalarını pozduğunu yazmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!