Arxiv
6 İyun 2020, 14:27 | AKTUAL
Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir”

“Azərbaycan bütün dövrlərdə əldə etdiyi uğurlar ölkəmizi sevməyən,  erməni lobbisinin təsiri altında olan düşmən qüvvələri narahat edib və bu gün də etməkdədir. Biz bunun hətta pandemiya dövründə də şahidi olduq. Pandemiyanın yayıldığı ilk anlardan Azərbaycan  Prezidentinin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü, təxirəsalınmaz tədbrilər nəticəsində  pandemiya  nəinki ölkəmizdə nəzarət altına alındı. Hətta bu bəlaya qarşı beynəlxalq həmrəyliyin yaradılaraq, birgə əməkdaşlıq istiqamətində ciddi  addımlar atıldı. Türk Şurasının, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşünü keçirməsi, müxtəlif ölkələrə göstərdiyi yardımları buna misal kimi çəkə bilərik. Azərbaycan təcrübəsi  beynəlxalq praktikada   tətbiq edilməyə başladı. Azərbaycanın bu uğuru təbii ki, ölkəmizi sevməyə qüvvələri ciddi narahat etməyə bilməzdi  və ona görə də təxribatlara əl atmağa başladılar”.

 

 Bunu Modern.az-a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

 

Millət vəkili bildirib ki, dünya bütün gücünü pandemiya ilə mübarizə səfərbər etdiyi halda, Azərbaycanı sevməyən qüvvələr birləşərək ölkəmizə qarşı təxribatlara əl atdılar. “Bu qüvvələrin təxribat xarakterli hərəkəti nəticəsində  Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağda “seçkilər” keçirildi. Bununla Azərbaycanın diqqətini əsas hədəfdən yayındıraraq təxribata cəlb etmək istədi. Ancaq onların bu niyyəti baş tutmadı. Əksinə Ermənistan öz qazdığı quyuya özləri düşdü.  Belə ki, beynəlxalq aləm ermənilərin  işğal olunmuş ərazilərdə keçirdiyi “seçkini” nəinki tanımadı, İrəvanı  beynəlxalq hüquq prinsiplərini pozduğuna görə qınayan bəyanatlar verdilər”- millət vəkili qeyd edib.

 

Deputat əlavə edib ki, təbii olaraq hər zaman olduğu kimi bu dəfə də   özlərini dünyada insan haqlarının, demokratiyanın çarçısı və müdafiəçisi olduğunu, işğalçılığa, terrora,  dövlətlərin sərhədlərinin dəyişdirilməsinə qarşı olduqlarını bəyan edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) nədənsə Ermənistanın   beynəlxalq hüququ kobud pozaraq işğalçılıq siyasətini davam etdirməsinə reaksiya vermədi: “Düzdür, biz zaman-zaman AŞPA-nın Azərbaycan qarşı qərəzinin və yürütdüyü ikili standarta əsaslanan  siyasətinin şahidi olmuşuq. Biz bu dəfə AŞPA-nın bir daha faşist ideologiyasını, terroru, işğalçılıq siyasətini dövlət siyasəti elan edib, onu yürüdən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xunta rejimin keçirdiyi “seçki”lərə reaksiya vermədi və susqunluq nümayiş etdirdi. Bununla da AŞPA növbəti dəfə fəalyyətində bəyan etdiyi prinsipləri  və dəyərləri sistemini özləri ayaqlar altına ataraq, öz imicini ciddi zərbələr altına qoymuş oldu. Hansı ki, 2001-ci ildə Azərbaycan və Ermənistan bu quruma üzv olanda  Avropa Şurasının üzərinə götürdüyü öhdəliklərdən biri də Qarabağ münaqişənin  sülh yolu ilə həllində öz töhfələrini vermək olub. Lakin keçən müddətdə Avropa Şurası bu istiqamətdə hər hansı ciddi addım atmayıb. Əksinə biz Avropa Şurasının Ermənistanın  işğalçılıq siyasətinə dəstək verdiyinin  və “isti” münasibətinin dəfələrlə  şahidi olmuşuq.

 

Ermənistanda hakimiyyət dinc nümayişçilərə qarşı zor tətbiq edib, qətlə yetirsə də  AŞPA susub. Ümumiyyətlə Avropa Şurası, Human Rights Watch və digər təşkilatlaırn  dünyanın müxtəlif ölkələrinə fərqli münasibətlər sərgilədyinin şahidi olmuşuq. Necə ola bilər ki, son günlərdə ABŞ-da polis günahsız insanı qətlə yetirir və nəticədə başlayan etriaz aksiyasını güc yolu ilə yatırmaq üçün zor tətbiq edir.Nəticədə insanlar polis zorakılığının qurbanı olur, insanlar vəhşicəsinə döyülür, gözü çıxarılır, jurnalistlərin hüquqları kobud pozulur, onlara qarşı fiziki zor işlədilir, ancaq AŞPA, Human Rights Watch kimi təşkilatlar  yenə də  heç nə baş verməmiş kimi davranır və susur. Belə bir hadisə digər ölkədə və yaxud da Avropa Şurasının  bəzi Avropa ölkələrinin maraqlarına cavab verməyən ölkədə baş versəydi, çoxdan   insan haqlarının kobud pozulduğunu bayraq  edib, həmin ölkəyə qarşı səlib yürüşünə çıxardı. Lakin ABŞ-a qarşı bunu etmir. Səbəb də sadədir. Qorxur! Bununla da Avropa Şurası üzərinə düşən missiyanı yerinə yetirə bilmədiyini, aciz olduğunu,  müxtəlif güclərin əlində siyasi təzyiq vasitəsi olduğunu ortaya qoymaqla getdikcə nüfuzunu itirməkdədir. Əgər Avropa Şurası fəaliyyətində bəyan etdiyi prinsiplər istiqamətində ciddi dönüş etməzsə. O zaman yaxın gələcəkdə qurum öz əhəmiyyətini tamamilə itirmiş olacaq”.

 

 Millət vəkili bildirib ki,  cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləm Azərbaycanın haqq səsini eşidir və ədalətin onun tərəfində olduğunu qəbul edir: “Bunu qəbul etdikləri sənədlərdə də bəyan edirlər. Hələ dünyada elə bir beynəlxalq və regional təşkilat yoxdur ki, hətta Avropa Şurası belə  Azərbaycanın ərazi bütövlüyün tanımasın və Qarabağ münaqişəsinin  ölkəmizin suverenliyi çərçivəsində beynəlxalq hüquq prinsipləri əsasında həllini bəyan etməsin.  Bununla paralel olaraq Azərbaycan ordusu günügündən güclənir və qüdrətlənir. Bu gün Azərbaycan ordusu işğal altında olan torpaqları işğaldan azad etməyə qadirdir. Sadəcə münasib zamanı gözləyir. Onsuz da son söz Azərbaycan ordusunundur. Müharibə isə bitməyib. Növbəti “Aprel döyüşləri” təkrarlanacaq və Azərbaycan ordusu  son sözünü deyib, torpaqlarımızı qısa zamanda  işğaldan azad edəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00