Modern.az

Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü

Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü

6 İyun 2020, 15:38

Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a deputatın özü məlumat verib.

 

Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb:

 

"Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir