Modern.az

Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu

Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu

Aktual

6 İyun 2020, 20:51

Göyçay rayonuna leysan yağışı və dolu yağıb. 

Modern.az-ın xəbərinə görə, bu gün axşam saatlarında Göyçay şəhərinə və kəndlərə güclü leysan yağışı yağıb, rayonun Çərəkə və Xəlitli kəndlərinə isə dolu düşüb. 

Dolu dənələri pomidor və xiyar istixanalarının selofan örtüyünü yararsız hala salıb, tərəvəz məhsullarını, ağaclardakı gilas, ərik və alçanı tələf edib, taxıl sahələrinə ziyan vurub. 

Yağıntı səbəbindən kənd sakinlərinə xeyli maddi ziyan dəyib.  (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi