Modern.az

“Teymur əmi ola bilər, yatıb durmayıb” - Baloğlan Əşrəfov

“Teymur əmi ola bilər, yatıb durmayıb” - Baloğlan Əşrəfov

11 İyun 2020, 18:05

Bu gün hər kəsin “Teymur əmi” kimi tanıdığı xanəndə Teymur Mustafayev dünyasını dəyişib.

 

Teymur əminin ölümü haqqında Modern.az-a danışan əməkdar artist Baloğlan Əşrəfov da xəbəri yenicə öyrəndiyini söyləyib. O Teymur Mustafayevin ailəsi ilə əlaqə saxlaya bilməyib:

 

“Təxmini 10 dəqiqədir, mən də televiziyadan xəbər tutmuşam. İmkan tapıb, ailəsinə başsağlığı verə bilməmişəm. Ən qısa zamanda əlaqə saxlayacağam.

 

Teymur əminin ölümü çox gözlənilməz oldu. O qədər həyata bağlı, ruhu gənc, fiziki cəhətdən də aktiv insan idi ki, belə birdən-birə ölə biləcəyini heç kim düşünməzdi. 4-5 gün olar ki, televiziyada canlı yayımda çıxışını izlədim. Həmişəki kimi gümrah idi. Yoqa ilə məşğul olurdu, səhhətinə diqqət edirdi. Xəstə yatmayıb, yəqin ki, elə qəflətən ölüb. Ola bilər, yatıb, durmayıb”.

 

Teymur əminin koronavirus səbəbindən dünyasını dəyişdiyi barədə iddialara gəlincə isə Baloğlan Əşrəfov bunun doğru olmadığını deyib:

 

“Koronavirusa yoluxması ilə bağlı heç bir məlumat yox idi. Dediyim kimi 4-5 gün olar canlı yayıma çıxmışdı. Əgər hər hansı xəstəliyi, narahatlığı olsa, bilərdik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI