Modern.az

Gəncədə polis yaşlı qadına kömək etdi

Gəncədə polis yaşlı qadına kömək etdi

Aktual

15 İyun 2020, 16:26

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları sərt karantin rejimi ilə əlaqədar olaraq şəhərin inzibati ərazisində xidmət apararkən bir nəfər yaşlı qadının yaşayış yerini icazəsiz tərk etdiyini müəyyən edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal vətəndaşa yaxınlaşaraq koronavirus pandemiyası və ölkə ərazisində tətbiq edilən karantin rejim barədə məlumat veriblər.

 

Şəhər sakini bildirib ki, səhhəti ilə bağlı dərman almaq üçün çıxıb. Polis əməkdaşları vətəndaşı evinə qaytararaq, ona lazım dərman preparatlarını təmin ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır