Modern.az

“Karantin rejimində danışıqlardan nəticə gözləmək düzgün deyil” - ŞƏRH

“Karantin rejimində danışıqlardan nəticə gözləmək düzgün deyil” - ŞƏRH

Qarabağ

18 İyun 2020, 14:48

“Koronavirusdan öncə normal şəraitdə Azərbaycan və Ermənistan arasında danışıqlar aparılırdı. Heç bir nəticəsi olmadı”.

Bunu Modern.az-a beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən başlaması təklifinə münasibət bildirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, indiki durumda, bütün dünyada vəziyyətin gərgin olduğu  vaxtda danışıqların nəticə verəcəyini gözləmək absurddur:

“Karantin rejimində bir neçə videokonfrans keçirildi. Amma ciddi danışıqlar olmadı. Ola bilsin, müşahidəçilər danışıqları bərpa etməyə niyyətlidirlər. Amma hansı prinsiplə bu həyata keçiriləcək? Ermənistan mərhələli həll prinsipini rədd edir. İndiki hakimiyyət, xüsusilə baş nazir Nikol Paşinyan danışıqları sıfırdan başlamağı təklif edir. Bu isə mümkün deyil. Çünki uzun illər danışıqlar aparılıb, prinsiplər müəyyənləşib, keçmiş hakimiyyət bu prinsiplər əsasında Azərbaycanla müzakirələr edib. Hər şeyə sıfırdan başlamaq yenidən vaxt itkisi, vəziyyətin gərginləşməsi deməkdir. Üstəlik, ermənilər bu müddətdə də sakit dayanmırlar, təxribatları davam etdirirlər, Şuşada “andiçmə” mərasimində iştirak edirlər, işğal altındakı torpaqlarımızda hərbi təlimlər keçirirlər, üstəlik hazırda Ermənistanla Qarabağ arasında üçüncü yolun çəkilməsinə çalışırlar. Bütün bunlar varkən, danışıqlardan nəticə gözləmək düzgün deyil”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı