Modern.az

Jalə Əliyeva bələdiyyələrlə bağlı təklif irəli sürdü

Jalə Əliyeva bələdiyyələrlə bağlı təklif irəli sürdü

Aktual

19 İyun 2020, 18:45

"Bələdiyyələrlə bağlı olaraq müzakirə etməkdə olduğumuz 4 qanun layihəsinə əlavə və dəyişikliklərə səs verəcəyəm. Eyni zamanda bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək və effektivliyini artırmaq baxımından əhəmiyyətli hesab etdiyimiz bir-neçə məsələni diqqətə çatdırmaq istəyirəm".

 

Modern.az xəbər verir ki, bunu parlamentin bugün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

 

Deputat bildirib ki, bələdiyyədə vergi ödəyicilərinin qeydiyyatı aparılmalıdır:

 

"Amma qeydiyyata düşməyənləri buna təşviq etmək mexanizmi yoxdur. Eyni sözləri vergi və yığımlar haqqında da demək olar. Qanunla fiziki şəxslər əmlak və torpaq vergilərini bələdiyyələrə ödəyirlər. Amma ödəmələr baş tutmadıqda məsələ məhkəmənin predmetinə çevrilir ki, bu da vaxt aparan prosesdir. Nəticədə yenə də bələdiyyəyə daxilolmalar azalır, bələdiyyə fəaliyyətini arzu edilən səviyyədə qura bilmir".

 

Parlamentarinin sözlərinə görə, digər bir məsələ ayrı ayrı istehsal sahələri ilə bağlı bələdiyyə müəssisələrinin yaradılmasıdır:

 

"Bu istehsal müəssisələrinin açılması xüsusilə kənd ərazilərində əlavə iş yerlərinin açılmasına və əhalinin gəlirlərinin artmasına səbəb ola bilər. Amma bələdiyyələrin əksəriyyətinin sərbəst maliyyə vəsaiti olmadığı üçün bu müəssisələri açmaq mümkün olmur. Daha sonra toxunmaq istədiyim daha bir məsələ karantin rejimində bələdiyyələrin fəaliyyətinə dəstəklə bağlıdır. Belə ki, karantin dövründə zərər çəkən qurumlardan biri də bələdiyyələrdir. Deputatı olduğum rayonlardan aldığım məlumatları ümumiləşdirərək bir neçə fikrimizi səsləndirəcəyəm. Məlumdur ki, vergilər bələdiyyələrin maliyyəsinin əsasıdır, bu dövrdə vergi yığımının təşkili çətinləşib, bu maliyyə durumu zatən yaxşı olmayan bələdiyyələrin işinə bir başa təsir göstərirb. Əksər bələdiyyələrin əmək haqqı ilə hesablaşmalar üzrə borcları var. Karantin dövründə bələdiyyənin bəzi işçiləri işləyib, bəzləri yaş həddinə görə işə gəlməyib. Nəticədə movcud borca və daxilolmaların azalmasına görə onlara əmək haqqı ödəmək çətinləşib. Bu səslındirdiyimiz təkliflərin nəzərə alınmasını xahiş edirik".

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar